Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları maarifləndirmə tədbirlərini davam etdirirlər

19 iyun 2020 | 16:00

 

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar. Tərkibində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının da olduğu 32 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər.

Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhaliyə karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər. Zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə isə ehtiyyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyyət edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsi də maarifləndirmə tədbirlərini davam etdirir. Belə ki, idarənin əməkdaşları dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə profilaktiki  söhbətlər aparıblar. Vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılaraq, tibbi maskalar paylanılıb. 

Bununla yanaşı mobil qrupların üzvləri tərəfindən sakinlərə üzərində COVİD-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər də paylanılıb.

Qedy edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirllir.

Keçidlər