“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, 2020-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aşağıdakı mövzularda Aparatın, həmçinin sahə və qəsəbə icra nümayəndəliklərinin dövlət qulluqçusu olan əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir:
1. dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
2. dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması yetirilməsi;
3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
4. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
5. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Qeyd etmək istərdik ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları barədə qiymətləndirmə işləri aparılarkən nəzərdə tutulmuş meyarlardan başqa həmin əməkdaşlar tərəfindən il ərzində etik davranış qaydalarına riayət edilməsi, bu sahədə pozuntulara yol verilməməsi nəzərə alınır.
2020-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı şikayət daxil olmamışdır.