Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə şəhərində güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

27 fevral 2026 | 16:41

Gecə saatlarından başlayaraq əsən güclü külək Gəncə şəhəri ərazisində bir sıra fəsadlar törədib. 

İlkin məlumata əsasən, güclü küləyin təsiri nəticəsində Heydər Əliyev prospekti, Şah İsmayıl Xətai prospekti və Nizami Gəncəvi prospekti, eləcə də Dədə Qorqud küçəsi, Mirzə Abbas Abbaszadə küçəsi, Üzeyir Hacıbəyov küçəsi və 4-cü mikrorayon ərazisində ümumilikdə 10-a yaxın yaşayış binasının dam örtüyünə ziyan dəyib. Bundan başqa, 30-a yaxın iri və orta gövdəli ağac, eləcə də 2 işıq dirəyi aşıb.

Gəncə şəhər MKTİB-in müvafiq şöbələrinin əməkdaşları tərəfindən küləyin yaratdığı fəsadlar operativ şəkildə aradan qaldırılır. Səhər saatlarından etibarən başlanılan işlərə qurumun texnikası cəlb olunub. Aşan ağaclar hadisə yerlərindən yığışdırılır, aşma təhlükəsi olan ağaclar zərərsizləşdirilir, təhlükə yaradan budaqlar kəsilir.

Hazırda MKTİB-in canlı qüvvəsi və texnikası küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirir.

Keçidlər