Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq hazırlıq işləri görülür

26 sentyabr 2024 | 18:21

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiqlənən “Tədbirlə Planı”na uyğun olaraq  şəhərdə 27 Sentyabr – Anım Günü ilə bağlı hazırlıq işlərinə start verilib. Belə ki, Gəncə şəhərinin müxtəlif hissəsində olan binaların üzərlərinə Azərbaycan və Türkiyə Respublikalarının bayraqları asılıb.

Bununla yanaşı, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri tərəfindən Şəhidlər xiyabanının ərazisində və “İstiqlal” parkında yerləşən “Memorial Abidə Kompleksi”ndə genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilib, əraziyə yeni mövsümü güllər əkilib.Sözügedən ərazilərin işıqlandırılması üçün nəzərdə tutulan plafonlardakı nasazlıqlar aradan qaldırılıb, güldanlar, işıq dirəkləri və oturacaqlar boyanıb.

Həmçinin, Heydər Əliyev Park-Xiyaban Kompleksində də analoji işlər aparılıb. Belə ki, parkın ərazisində təmizlik və abadlıq işləri görülüb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, 25 sentyabr 2024-cü il tarixində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Gəncə şəhər Ekoloji Park Kompleksində ağacəkmə aksiyası keçirilib.

Məlumat üçün onu da bildirək ki, 27 Sentyabr – Anım Günü ilə bağlı ümumşəhər tədbiri sabah saat 11:30-da Şəhidlər xiyabanında başlayacaq.

 

Keçidlər