Gəncədə qanunsuz tikililərə qarşı monitorinqlər davam edir
Şəhərin Cavadxan qəsəbəsində və Ə.N. Gəncəvi küçəsində torpaq sahəsinin qanunsuz zəbt olunması faktı aşkar edilib. Aşkarlanmış hallarla bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikililərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın üzvləri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə qeyri-qanuni tikililərə qarşı monitorinqlər aparırlar. Şəhər ərazisində aparılan monitorinqlər mütəmadi xarakter daşıyır və bundan sonra da davam etdiriləcək.






