Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə daha bir küçə müasir işıqlandırma sistemi ilə təmin olunub

23 dekabr 2025 | 17:18

Gəncə şəhərinin Sadıllı qəsəbəsində şəhid İlham Əliyevin adını daşıyan küçədə müasir işıqlandırma sistemi quraşdırılıb. Belə ki, sözügedən küçədə bir-birindən 25–30 metr məsafədə yerləşdirilməklə 7 ədəd işıq dirəyi basdırılıb, ümumilikdə 280 metr uzunluğunda kabel xətti çəkilib və hər bir dirəyə gücü 100 vat olan LED lampalarla təchiz edilmiş yeni plafonlar quraşdırılıb.

Qeyd edək ki, sözügedən işlər Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən icra olunub.

Keçidlər