Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə prospekt və küçələrdə genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb

14 avqust 2025 | 10:34

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə təmizlik və abadlıq işlərini davam etdirir. Son günlərdə Nəriman Nərimanov prospekti, prospektlə kəsişən küçə və döngələr, eləcə də Atatürk prospektindən Sidqi Ruhulla küçəsinə qədər olan ərazi, şəhər stadionunun ətrafı və Heydər Əliyev prospektinə paralel küçələrdə genişmiqyaslı təmizlik aparılıb. Ərazi məişət tullantılarından, alaq otlarından, toz-torpaq və daşlardan təmizlənib.

Bununla yanaşı, şəhərin müxtəlif yerlərində qurumuş və təhlükə yaradan iri gövdəli ağacların kəsilməsi, budanması və yaşıllıqlara aqrotexniki qulluq işləri də icra olunub. Ay ərzində 20-yə yaxın qurumuş ağac zərərsizləşdirilərək ərazidən daşınır. MKTİB-nin həyata keçirdiyi bu tədbirlər şəhərin daha təmiz, səliqəli və təhlükəsiz mühitə çevrilməsinə xidmət edir.

Keçidlər