Niyazi Bayramov 1 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirəcək
22 may 2025 | 15:04
Hörmətli Gəncə şəhər sakinləri,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 27 may 2025-ci il tarixində, saat 16:00-da İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirəcəkdir. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.