Şəhər haqqında
Şəhər haqqında
01.01.2024
• Şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlu 28.08.2018-ci ildən işləyir. Şəhər ərazisi 0,125 min kv. km-dir, 1 şəhər, 6 qəsəbə və 4 sahə inzibati ərazi dairəsi vardır. Əhalisi 330,7 min nəfərdir.
• Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dəfə Gəncə şəhərinə səfər etmişdir. (15.06.04, 19.05.05, 11.10.05, 31.10.06, 30.05.07, 03.03.08, 24.09.08, 25.05.09, 11.02.10, 09.02.11, 21.01.12, 21.01.14, 18.10.14, 17.02.16, 10.11.17, 24.06.20, 22.07.2021, 30.01.2022).
Sosial-iqtisadi göstəricilər:
• Ümumi məhsul buraxılışı 2023-cü ildə 1291,1 mln. manat, k/t məhsulları 4,7 mln. manat, sənaye məhsulu 571,9 mln. manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalar 172,9 mln. manat, tikinti-quraşdırma işlərinin həcmi 153,3 mln. manat olmuşdur.
- 2003-2023-cü illərdə 66951 yeni iş yeri yaradılmışdır;
- Cavad xanın məzarı üzərində türbə, Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Müzeyi və 3000 yerlik Amfiteatr, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, “Xəmsə” kitab-abidələri kompleksi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi Müzeyi, “Gəncə Kitab Evi”, “Gəncə Mətbuat Evi”, Mirzə Şəfi Vazeh Muzeyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binası, Gəncə Dövlət Dram Teatrının yeni binası inşa edilmiş, Şah Abbas - Cümə Məscidi, “İmamzədə” dini ziyarətgahı, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyi yenidən qurulmuşdur;
- Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksi, “Xan bağı” mədəniyyət və istirahət parkı, Gəncə şəhərinin Cavad xan küçəsi, N.Nərimanov adına istirahət parkı, Əziz Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulmuş, “Bayraq Meydanı”, “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” parkı, Gəncəçay çayının sağ sahilində park-bulvar kompleksi salınmışdır;
- Gəncə Müalicə Diaqnostika Mərkəzi (indiki Mərkəzi Klinika Gəncə Xəstəxanası), “Yeni Gəncə” Tibb Mərkəzi, Gəncə şəhər Modul Tipli Xəstəxana, 200 çarpayılıq Gəncə Şəhər Psixiatriya Xəstəxanası inşa edilmiş, Abbas Səhhət adına Şəhər Xəstəxanası (indiki “Gəncə Şəhər Birləşmiş Xəstəxanası Abbas Səhhət adına Xəstəxana”), Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi yenidən qurulmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı, Gəncə Beynəlxalq Xəstəxanası, Regional İnformasiya Mərkəzi (gözdən əlillər üçün) yaradılmışdır;
- Gəncə Olimpiya İdman Kompleksinin Üzgüçülük hovuzu, Gəncə Gənclər Evi, Gəncə Futbol Akademiyası inşa edilmişdir. Gəncə İdman Sarayının tikintisi davam edir. Gəncə şəhər stadionunun yenidən qurulmasına başlanılmışdır;
- Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələr üçün 250 yerlik yeni yataqxana binası, yeni tələbə yataqxanası kompleksi və yeni tədris korpusu inşa edilmişdir. Gəncə Dövlət Universitetinin IV və V tədris korpusu, həmçinin “Tələbə evi” yenidən qurulmuşdur. Uşaq İncəsənət və Yaradıcılıq Mərkəzi üçün (indki Uşaq-Gənclər İnkişaf Mərkəzi) yeni bina, Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziyası inşa edilmişdir. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 3 saylı Peşə Liseyi və 1 saylı Gəncə Peşə Məktəbi əsaslı təmir olunmuş, 2 saylı Gəncə Peşə Məktəbi inşa edilmiş, Sənaye və Texnologiya üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 1 və 2 saylı Peşə Liseyi, 3 saylı Peşə Məktəbi, Bitki-Mühafizə və Texniki Bitkilər ETİ-nin binası, 360 yerlik Gəncə idman Liseyi əsaslı təmir olunmuş, Gəncə Peşə Hazırlığı Mərkəzi yaradılmışdır;
- “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin 240 yerlik Körpələr evi-uşaq bağçası əsaslı təmir edilmişdir;
- “Aura Park” Ticarət və Əyləncə Mərkəzi, “Gəncə Mall” Ticarət Mərkəzi, “Grand Qafqaz” Ticarət Kompleksi, həmçinin “EMON Hotel”, “El Hotel”, “Ramada Plaza” mehmanxanaları, "Leon Hotel, SPA və Restoran" kompleksi inşa edilmişdir;
- 1 və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzləri inşa edilmişdir;
- “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları, “Jardin Royal” şokolad fabriki, “SEMPA” QSC, "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu inşa edilmiş, “Gəncə Cihazqayırma zavodu” ASC, “Gəncə-Tekstil” ASC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi yenidən qurulmuş, "Led" tipli lampa istehsal edən “Zəfəroğlu Elektrik” MMC yaradılmışdır;
- 35/6 kV-luq “Nizami” yarımstansiyası, 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyası inşa edilmiş, 19,2 km uzunluğunda Gəncə dairəvi avtomobil yolu inşa edilmiş, Gəncəçay çayı üzərində yerləşən beş körpü əsaslı təmir olunmuşdur;
- Gəncə Beynəlxalq Hava Limanı, Ədliyyə Nazirliyinin Regional İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin, Gəncə şəhər Dövlət Arxivinin Gəncə filialının, Dövlət Enerji Nəzarət İdarəsinin Gəncə şöbəsinin, Gəncə Şəhər Baş Polis İdarəsinin, Nizami və Kəpəz Rayon Polis İdarələrinin (indiki GŞBPİ-nin 1-ci və 2-ci polis şöbələrinin), həmçinin Nizami Rayon Polis bölməsinin (indiki GŞBPİ-nin 3-cü polis bölməsinin), Nizami Rayon Məhkəməsinin (indiki Gəncə Şəhər Məhkəməsi), DSMF-nin Gəncə Nizami Rayon Şöbəsinin (indiki Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialı) və DSMF-nin Gəncə Kəpəz Rayon Şöbəsinin (indiki Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialı), Gəncə Şəhər Statistika İdarəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin, Gəncə Şəhər Prokurorluğunun, Gəncə Hərbi Prokurorluğunun inzibati binaları inşa edilmiş, Kəpəz Rayon Məhkəməsi (indiki Gəncə Ağır Cinayətlər Məhkəməsi) əsaslı təmir olunmuş, Gəncə Vəkillər Bürosu əsaslı təmir edilir;
- əlil və şəhid ailələri üçün ümumilikdə 229 mənzilli 5 yaşayış binası, Daxili Qoşunların hərbi hissəsi üçün 60 ailəlik zabit yataqxanası, hərbi qulluqçular üçün 14 çoxmənzilli bina inşa edilmiş, 1500 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi, 600 məcburi köçkün üçün yeni fərdi yaşayış qəsəbəsi salınmışdır;
- “Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi davam etdirilir. Layihənin icrasına 2011-ci ildən başlanmışdır. Gəncə şəhərinin tam su və kanalizasiya xəttinin çəkilişi 2035-ci ilə kimi başa çatdırılması nəzərdə tutulmuşdur. Layihənin icrasına başlanılan müddətdən 1 sentyabr 2023-cü il tarixə layihə çərçivəsində ümumi uzunluğu 855 kilometr içməli su xəttinin 439 kilometri və ya 51 faizi içməli su şəbəkəsi və magistral xətt inşa edilmiş, 813 kilometr olan kanalizasiya xəttinin 342 kilometri və ya 42 faizi çəkilmişdir. Gəncə şəhərinin su təchizatı Göygöl-Gəncə, Qızılqaya-Totanlı, Şəmkirçay-Gəncə magistral su kəmərlərinin və subartezian quyularının vasitəsi ilə təmin olunur;
- 45 ümumtəhsil müəssisəsindən 41-də (91,1%) təmir-tikinti işləri aparılmış, o cümlədən 5 məktəb yenidən inşa edilmiş, 36 məktəb binası əsaslı təmir edilmiş, onlardan 8-də yeni korpus tikilmişdir.
İctimai-siyasi vəziyyət
• Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 6 islam və 3 xristian, yəhudi yönümlü dini icma, 61 QHT fəaliyyət göstərir.
• 3 qəzet nəşr edilir (“Gəncənin səsi”, “Novosti Qyandji” və “Yeni Gəncə”).