Şəhər haqqında
İqtisadiyyat
Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Gəncə şəhərinin ərazisi 125 kv.km, əhalisi 01.01.2022-ci il tarixə rəsmi qeydiyyatda 335794 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi emal sənayesində, təhsildə, nəqliyyat və digər xidmət, ticarət, ictimai iaşə sahələrində çalışır.
Gəncə şəhəri - 4 sahə inzibati ərazi dairəsindən, 6 qəsəbə inzibati ərazi dairəsindən - Hacıkənd, Cavad xan, Şıxzamanlı, Natəvan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir. Şəhər ərazisində 741 idarə və müəssisə, o cümlədən 362 iri, orta və 379 kiçik müəssisəsi fəaliyyət göstərir. Bunlardan 59 bank filialı və bank olmayan kredit təşkilatı, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialı, onun 19 Poçt şöbəsi və Müştəri Xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 139 ATS (16 bina tipli və 123 mini), 14 mehmanxana, 174-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə “Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İB, “Gəncə Şərab-2” ASC-dir.
Hazırda şəhər üzrə muzdlu şərtlərlə məşğul əhalinin sayı 46424 nəfər, o cümlədən sənayedə çalışanların sayı 7253 nəfər, tikintidə 560 nəfər, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminatda 2717 nəfər, təhsildə 11312 nəfər, səhiyyədə 5927 nəfər, digər sahələrdə 18655 nəfərdir. 2021-ci il ərzində şəhər ərazisində 1780 yeni iş yerləri yaradılmışdır. 2021-ci il ərzində sənaye məhsul istehsalının həcmi 3.9 faiz artaraq 551.2 mlyn. manat, əsas kapitala yönəldilmiş investisiyalarının həcmi 221.2 mlyn.manat, pərakəndə əmtəə dövriyyəsi (iaşə daxil olmadan) 1170.2 mlyn.manat olmuşdur. Orta aylıq əmək haqqı 4.3% artaraq 548.9 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 6.4% azalaraq 527.2 manat təşkil etmişdir.
Fəaliyyət göstərənlərin hüquqi vahidlərin sayı iqtisadiyyatın bölmələri üzrə aşağıdakı kimi xarakterizə olunur:
S/S |
Fəaliyyət növləri üzrə bölmələrin adı |
Fəaliyyət göstərənlərin sayı cəmi, vahid |
o cümlədən |
|
iri və orta |
kiçik |
|||
|
Şəhər üzrə cəmi, ondan |
741 |
362 |
379 |
1. |
Kənd təsərrüfatı |
18 |
3 |
15 |
2. |
Sənaye |
96 |
44 |
52 |
3. |
Tikinti |
37 |
12 |
25 |
4. |
Nəqliyyat |
37 |
18 |
19 |
5. |
Rabitə |
15 |
4 |
11 |
6. |
Xidmət |
64 |
15 |
49 |
7. |
Maliyyə |
59 |
32 |
27 |
8. |
Sosial |
241 |
186 |
55 |
9. |
Ticarət |
174 |
48 |
126 |