Niyazi Bayramov 18 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşəcək
05 mart 2026 | 10:00
Hörmətli Gəncə şəhər sakinləri,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 10 mart 2026-cı il tarixində, saat 16:00-da N.Aydın adına 18 nömrəli tam orta məktəbdə səyyar görüş keçirəcəkdir. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.






