Niyazi Bayramov ADAU-nun 2 saylı Tələbə evinin akt zalında vətəndaşlarla görüşücək
07 mart 2025 | 15:06
Hörmətli Gəncə şəhər sakinləri,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 12 mart 2025-ci il tarixində, saat 16:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı Tələbə evinin akt zalında sakinlərlə səyyar görüş keçirəcəkdir. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.