Niyazi Bayramov M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə sakinlərlə görüşəcək
04 iyul 2025 | 11:00
Hörmətli Gəncə şəhər sakinləri,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 09 iyul 2025-ci il tarixində, saat 16:00-da M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə sakinlərlə görüşəcək. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.






