Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşəcək
26 aprel 2024 | 19:07
Hörmətli Gəncə şəhər sakinləri,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbrlərinin iştirakı ilə 01 may 2024-cü il tarixində, saat 16:00-da Xarici Dillər Təmayüllü Gimnaziyada sakinlərlə səyyar görüş keçirəcəkdir. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur. Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.