Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyəcək
22 may 2026 | 10:00
Hörmətli Gəncə şəhər sakinləri,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 25 may 2026-cı il tarixində, saat 16:00-da GDU-nun V korpusunda səyyar görüş keçirəcəkdir. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.






