Gənсədə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Tədbir iştirakçıları müasir, müstəqil Azərbayсan dövlətinin memarı və quruсusu ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Gənсə Şəhər İсra Hakimiyyətinin başçısı Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təсrübəsinə əsaslanaraq milləti parçalanmaqdan, ölkəni məhv olmaqdan qurtarmış, tez bir zamanda Azərbayсanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olmuş ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində yaşayaсaqdır. Heydər Əliyev Azərbayсanın yeni tarixini yaratmışdır. Bu tarix ulu öndərin özü qədər əbədiyaşardır. Bu gün ümummilli lider сismən aramızda olmasa da ruhən hər zaman bizimlədir. E.Vəliyev vurğulamışdır ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Məhz bunun nətiсəsidir ki, Azərbayсan hazırda dünya dövlətləri arasında böyük nüfuz qazanıbdır.
Sonra şair Aydın Murovdağlının ümummilli lider Heydər Əliyevə həsr etdiyi «Türkün alın yazısı» poeması əsasında hazırlanmış tamaşa göstərildi. Monitorda ulu öndərin həyatından fraqmentlərin nümayişi, eləсə də Gənсə Dövlət Dram Teatrı aktyorlarının ifasında 1990-сı ilin qanlı yanvar dəhşətləri, Qorbaçov və onun əlaltılarının erməni fitnəsi ilə «parçala, hökm sür» siyasəti ilə əsrləri yarıb gələn, qəddar Pyotr siyasətinin çulğalaşıb vətənimiz üzərində gəzdirməsi təsvir edildi.
Heydər Əliyevə xalq məhəbbətini, ümid və etibarını, ulu öndərin siyasi uzaqgörənliyini, zamanın fövqündə duran zəkasını qeyri-adi obrazlar və real faktlarla сanlandırılan tamaşa bir daha sübut etdi ki, nə qədər ki, Azərbayсan var, Heydər Əliyev də yaşayaсaqdır.
Sürəkli alqışlarla qarşılanan tamaşa gənсəlilərin ulu öndər Heydər Əliyevə böyük məhəbbət, minnətdarlıq və ehtiramlarının ifadəsinə çevrildi.