Niyazi Bayramov “Gəncə Tekstil” ASC-də olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Şəhər rəhəri burada görülən işlərlə maraqlanıb.
“Gəncə Tekstil” ASC-nin Müşahidə Şurasının sədri Qabil Əliyev şəhər rəhbərinə müssisədə görülən işlər haqqında məlumat verib. O, bildirib ki, “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini 2004-cü ildən bərpa edib. Qeyd olunub ki, müəssisədə əsasən tibbi steril olmayan hiqroskopik pambıq, steril və steril olmayan tənzif istehsal edilir. Steril tənziflərdən tibbi maskalar istehsal olunur. Bu da öz növbəsində pandemiya dövründə maskaya olan tələbatı təmin edir. Habelə, steril tənziflər digər ölkələrə də ixrac olunur. Bundan başqa “Gəncə Tekstil” ASC-də milli dəyərlərimiz olan və ənənəvi üsul ilə toxunan yun xalçaların da istehsal edildiyi diqqətə çatdırılıb.
Görülən işlərlə yaxından tanış olan Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində son illərdə yerli istehsallara olan maraq artmaqdadır. Əsasən qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının bərpası tariximizin yaşadılması və gələcək nəsillərə ötürülməsinin təminatıdır. Bu sahənin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də ayrıca qeyd olunmalıdır.
Daha sonra Niyazi Bayramov Açıq Səmdar Cəmiyyətdə fəaliyyət göstərən sexlərə baş çəkib. Şəhər rəhbəri tapşırıq və tövsiyyələrini verərək bildirib ki, yerli müəssisələrin üzərinə düşən iş keyfiyyətli malların ixracıdır.