Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin əsas prospekt və küçələrinin tərtibatı diqqət çəkir

14 sentyabr 2020 | 16:00

Dahi Nizami Gəncəvinin yurdu Gəncə möhtəşəm abidələri, yaşıllığa və gül-çiçəyə qərq olmuş parkları, xiyabanları ilə hər kəsi valeh edir. Bu qədim şəhərin hər guşəsində, hər daşında zəngin tariximizin silinməz izləri var. Şəhərdə aparılan təmir-bərpa və abadlıq işləri çərçivəsində də bu qədimliyin qorunub saxlanılmasına, Gəncənin zəngin mədəniyyətinin yaşadılaraq, təbliğinə çalışılır.

Bu baxımdan son illərdə Gəncənin əsas prospekt və küçələrinin tərtibatı diqqət çəkir. Belə ki, şəhərin Nizami Gəncəvi prospektinin bir hissəsini dahi şairin əsərlərinin motivləri əsasında hazırlanmış mozaika daşlarından yığılan kompozisiyalar bəzəyir. Bənzər kompozisiyalar Gəncənin Əziz Əliyev prospektində də yaradılıb. Burada mozaika daşlarından yığılan kompozisiyanı prospektlə Zeynəlabdin Tağıyev küçəsinin kəsişməsinə yerləşdirilən Nizami Gəncəvinin böyük şəkli tamamlayır. Şəkildə dahi şairin “Xəmsə”sinə daxil olan əsərlərin motivləri əsasında çəkilən miniatürlər də yer alır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən quraşdırılan banerin eni 4 metr 11 santimetr, hündürlüyü isə 4 metr 27 santimetrdir.

Bununla yanaşı Gəncə şəhər MKTİB-in əməkdaşları tərfindən sözgüdən ərazidə təmizlik işləri aparılıb, ərazidəki yaşıllıqlar bərpa edilib, gül-çiçək kolları əkilib.

Qeyd edək ki, Gəncənin əsas prospekt və küçələrinin tərtibatında yalnız Nizami Gəncəvinin əsərləri əsasında hazırlanan kompozisiyalar yer almır. Şəhərin müxtəlif ərazilərində qədim Gəncə memarlığına xas elementlər, habelə Gəncə xalçalarının ornametlərini görmək mümkündür. Bütün bunlar da öz növbəsində həm şəhər sakinlərinin gözünü oxşayır, həm də Gəncəyə gələn turistlərin diqqətini çəkir.

Keçidlər