Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı

16 sentyabr 2020 | 16:00

ELAN

Gəncə Şəhər İcra Hakimiyyətinin (bundan sonra icra hakimiyyəti) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 16.09.2020 tarixindən 20 iş günü müddətində İcra Hakimiyyətinin Şeçki Komissiyasına müraciət edə bilərlər.

Müraciətə (əlaqə vasitələri, e-mail və digər zərurui məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

  • şəxsiyyət vəsiqəsinin surətini;
  • namizədin tərcümeyi-halını;
  • namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
  • mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət onla yığıncaq 19.10.2020 tarixində saat 11.00-da Gəncə Şəhər İcra Hakimiyyətində (III mərtəbə, iclas zalı) keçiriləcək.

 

Keçidlər