Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Prezident İlham Əliyev: Biz mütləq öz torpaqlarımıza qayıdacağıq!

22 sentyabr 2020 | 16:00

 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnir. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçir.

Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoydu. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə gördü və ölkənin gələcək taleyini ona etibar etdi.

Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. 

Prezident İlham Əliyev: “Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı. Azərbaycanda bəziləri yəqin ki, bunu xatırlamır, ya da bilmir, amma bu tarixi bilmək lazımdır. O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarıldı. Xankəndidə ilk etnik təmizləmə siyasətinin təzahürləri üzə çıxdı və demək olar ki, azərbaycanlılar Xankəndidən qovuldular, Volski orada otura-otura. Yəni, beləliklə, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün imkan yaradıldı”.

Günümüzdə baş verən Erməni-Azərbaycan siyasətindən də söz açmaq yerinə düşər. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Çünki Ermənistanın hazırki rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.

İyul hadisələrindən söz açsaq görərik ki, bu münaqişələr Ermənistan üçün məğlubiyyətlə nəticələnib. Ermənistan o məğlubiyyəti qələbə kimi göstərməyə çalışsa da Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər bu iddianın əssasız olduğunu sübut edir. Elə  Ermənistanın   Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti də qələbə iddialarının əsaasız olduğunu bir daha təsdiq edir.

Paşinyan Azərbaycana qarşı  təxribatlar törətməkdəndə geri qalmır. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq   məsuliyyətsizlikdir: “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.  Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır.Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu ,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.”

Günümüzün reallığıdır ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır.

Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək!

    

 

Keçidlər