Gəncədə 500 aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, "PASHA Holding"in təşkilatçılığı ilə aztəminatlı ailələr üçün sosial aksiya keçirilib. Aksiya zamanı Gəncə şəhərində yaşayan 500 aztəminatlı ailəyə baş çəkilib, onlara, daxilində gündəlik istifadə olunan müxtəlif məhsullarından ibarət, ərzaq "səbəti" təqdim olunub.
"Biz birlikdə güclüyük!" devizi altında həyata keçirilən sosial aksiya Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.
Qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.