Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir

28 sentyabr 2020 | 16:00

Setybarın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat qonşu dövlətin işğalçılıq siyasətinin davam etdiyini, onun faşist mahiyyətini bir daha göstərdi. Hadisələrin gedişatı Ermənistanın bu hərbi əməliyyatının planlaşdırılmış təxribat olduğunu deməyə əsas verir. Azərbaycan Ordusunun mövqeləri ilə yanaşı yaşayış məntəqələri, kəndləri də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan atəşə tutulub. Yəni, bu dəfə də Ermənistanın əsas hədəfi Azərbaycanın yaşayış məntəqələri idi.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı qeyd edib ki, onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi də işğaldan azad olunub. Həmçinin düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib. Hazırda döyüş əməliyyatları davam edir.

Ölkə rəhbəri tərəfindən Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə əhalinin müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsı ilə əlaqədar göstəriş verilib ki, bu da hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir.

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir: “Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.

Dövlət başçısı həmçinin qeyd edib ki, bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir: “Azərbaycan haqq yolundadır, Azərbaycan özünü müdafiə edir. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Azərbaycan silahlı birləşmələrinin Ermənistan ərazisində heç bir məqsədi, heç bir hədəfi yoxdur”.

Keçidlər