Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə regional “ASAN xidmət” mərkəzi açıldı

22 dekabr 2013 | 16:00

İnşasına 2013-cü ilin mart ayında başlanılmış “ASAN xidmət” mərkəzinin və sahəsi 4000 kvadratmetr olmaqla, müasir istilik, soyutma və havalandırma sistemləri ilə təchiz edilmişdir. Mərkəzin qarşısında əhalinin istirahəti üçün müasir park salınmış, iki hovuz inşa edilmiş, müasir işıqlandırma sistemi, eləcə də 4 metr hündürlüyündə led-panel quraşdırılmışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun iştirakı ilə keçirilən açılış mərasimində iştirakçılar əhaliyə 9 dövlət qurumu üzrə yaradılan 25 hüquqi xidmətin səviyyəsi ilə tanış olmuşlar. Burada qeyd edilmişdir ki, Gəncə ilə yanaşı Şəmkirin, Gədəbəyin, Daşkəsənin, Göygölün, Goranboyun, Samuxun, Naftalanın, Kəlbəcərin və Xocalının bir milyona yaxın sakininə xidmət göstərəcək mərkəzdə əhalinin rahatlığı üçün hər bir şərait yaradılmışdır. 4 mərtəbəli binanın birinci və ikinci mərtəbələrində funksional yardımçı xidmətlər-bank, sığorta, tərcümə mərkəzi, hüquqi yardım və tibb xidmətləri, kafe, uşaq əyləncə mərkəzi və vətəndaşların gözləmə zalı yerləşmişdir. Üçüncü və dördüncü mərtəbələrdə isə dövlət orqanlarının xidmət pəncərələri və “ASAN xidmət” mərkəzi əməkdaşlarının inzibati otaqları yerləşir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır.

Keçidlər