Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Gəncədə olub

18 noyabr 2020 | 16:00
 
Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib. Onları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk və deputatlar müşayiət ediblər. Nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının nəticələri ilə tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov nümayəndə heyətinin diqqətinə çatdırıb ki, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 5 dəfə Ermənistan tərəfindən atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

İslam Əməkdaşlıq Təskilatı Gənclər Forumunun rəhbəri Taha Ayhan Gəncədə jurnalistlərə açıqlamasında bildirib ki, ermənilərin mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi dünyaya çatdırmağa davam edəcəklər: "Biz 56 ölkənın və dünyanın müsəlman gəncləri olaraq ermənilərin Gəncədə, Bərdədə və digər yerlərdə mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi dünyaya çatdırmağa davam edəcəyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi istiqamətində apardığı mübarizəni dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik. Azərbaycan torpağı olan Qarabağın da müsəlmanların yaşadığı ərazi olduğunu, bu torpaqların işğaldan necə azad edildiyini dünyaya çatdırmaq borcumuzdur".

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Keçidlər