Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti onlayn qəbul keçirilib

03 dekabr 2020 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul xüsusi krantin rejimi qaydalarına uyğun olaraq onlayn qaydada təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq idarə, müəssiə və təşkilat rəhbərləri ilə birlikdə vətəndaşların probemlərini dinləyib, səsləndirilən məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyyələrini verib.

Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərə su, qaz və elektrik xətlərinin çəkilişi və digər məsələlərdən ibarət olub.

Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib. Bəzi məsələlər yerindcə öz həllini tapıb, araşdırılması vacib olan müraciətlər isə aidiyyatı qurumlar üzrə yönləndirilib.



 

Keçidlər