Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gənc nəslə qayğının təzahürü

26 dekabr 2013 | 16:00

Nazirlər və millət vəkilləri Gəncədə inşa edilmiş uşaq yaradıcılıq və incəsənət mərkəzinin açılışında iştirak etmişlər. Açılış mərasimində çıxış edən Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman  naziri Azad Rəhimov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu möhtəşəm mərkəzin inşasını Prezident cənab İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkilinə göstərdikləri qayğı kimi dəyərləndirmişlər. Sonra rəmzi lent kəsilmiş və iştirakçılar 16 adda və 56 qrupda məşğul olacaq uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar. Mərkəzin xalq çalğı alətləri və muğam şöbələrinin şagirdləri qonaqlar qarşısında muğam ifa etmişlər. Təhsil naziri mərkəzə 10 ədəd noutbuk hədiyyə etmişdir.

Sonda mərkəz üzvləri ilə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər