Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başı dəmir yumruqla əziləcək

18 dekabr 2020 | 16:00

Prezident İlham Əliyev: “Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəyəcik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil”.  

 

27 sentyabrda bütün cəbhəboyu ərazilərdə əks-hücum  əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Ermənistan döyüş meydanında məğlub olaraq  kapitulyasiya Bəyanatını imzalamağa məcbur qaldı. Ermənistan üçün alçaldıcı olan bu kapitulyasiya Bəyanatının imzalamasının məsuliyyəti Nikol Paşinyanın diktatura rejiminin üzərinə düşür. Çünki, Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, ən azından danışıqlar gedirdi. Nikol Paşinyan isə danışıqlar prosesinin formatını alt-üst etdi. Paşinyan səhv etdi və layiqli cəzasını aldı.

Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş Paşinyan bu cəzaya və alçalmaya layiq idi. O, bu sona “Qarabağ Ermənistandır” deyərək, Azərbaycana qarşı 7 şərt irəli sürərək, təxribatçı hərəkətlər edərək,  ağılsız bəyanatlar verərək gedirdi.

Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etdi. Ermənistan ordusu darmadağın edildi. II Qarabağ müharibəsi zamanı açıq şəkildə görüldü ki, sırvavi ermənilər zorla orduya cəlb edilir, əsgərlər qaçmasın deyə səngərlərdə bir-birinə zəncirlənirdilər. Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edənləri qətlə yetirirdilər.

Nikol Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması idi. İkinci Qarabağ müharibəsinin gedişində də  Azərbaycan tərəfinin yeganə şərti bu oldu. Azərbaycan yalnız Vətən müharibəsi apardı. Azərbaycanın etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi bir hədəfi yox idi, ordusunun potensialı buna tam imkan versə də...

Azərbaycan Ordusu işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etdi. Erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları məhv edildi.  Döyüş meydanında Azərbaycan ordusuna məğlub olan Ermənistan hərbi cinayətlər törətməkdən də çəkinmədi. Təəccüblü də deyil. Çünki, Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərlərinin müharibə caniləri olduğu hər kəsə məlumdur.  Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir.

Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün  vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etdilər. Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıdaki bütün yaşayış binaları, tarixi-mədəni abidələr kimi dağıdıldı.

Erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və zəruri hüquqi   addımlar atılacaq. Bununla belə hər kəs bilməlidir ki, Azərbaycan dövlətinin erməni xalqı ilə bir problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarla. Prezident İlham Əliyev öz müsahibə və çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq.

Ümumiyyətlə, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Beynəlxalq ictimaiyyət də Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın. Çünki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başı dəmir yumruqla əziləcək. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik.

 

Gülnar Fazilqızı – “Ganjanews.az” saytının baş redaktoru

 

Keçidlər