Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramovun şəhid ailələri ilə görüşləri davam edir

08 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanır. Şəhər rəhbəri bu həftə ərzində daha bir neçə şəhid yaxınlarını ziyarət edərək, onlara başsağlığı verib, səbr diləyib.

Görüşdə şəhidlərin keçdikləri döyüş yolundan danışılıb, onlarla bağlı xatirələrdən söz açılıb.

Niyazi Bayramov şəhid yaxınlarının problemləri və onları narahat edən məsələlərlə maraqlanıb. Səsləndirilən müraciətlərin əsasını işlə təminat, müalicə və sosial-məişət problemlərinin həlli kimi məsələlər təşkil edib.

Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edən şəhid yaxınları, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən 20-dən artıq şəhid ailəsi ziyarət edilərək, yardım göstərilib. Gəncə şəhər və rayon icra hakimiyyətləri başçıları, habelə idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən şəhid ailələrinə ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.

Keçidlər