Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi daim nəzarətdədir

10 yanvar 2021 | 16:00

 

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir. Bu dəfə nəzarət qrupunun üzvləri şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarına, mədəniyyət, səhiyyə və digər müəssisələrə baş çəkiblər.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı müəssisə rəhbərləri ilə söhbətlər aparılıb. Onlara  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.

Həmçinin, müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Əlavə olaraq qrup üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət etməyə çağırıblar.

Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən sakinlər barəsində protokol tərtib edilib, bir neçə şəxsə isə şifahi xəbərdarlıq olunub.

Xatırladaq ki, “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən keçirilən reydlər müntəzəm olaraq davam edir.

Keçidlər