Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Təhsil naziri Emin Əmrullayev, UNICEF və BQXK-nin Azərbaycandakı nümayəndələri Gəncədə olublar

15 fevral 2021 | 16:00

 

Təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri ilə birgə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Gəncə və Tərtərdə ciddi ziyan dəymiş məktəblərdə olub.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici tərəfdaşlar Gəncə və Tərtərdə dağıdılmış binaların, Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.

Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.

Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən müəllim və şagirdlərimizə sosial və psixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.

 

Keçidlər