Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Şəhər Ağsaqqallar Şurasının iclası keçirilib

18 mart 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətində  Şəhər Ağsaqqallar Şurasının iclası baş tutub. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi Bayramov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov və şura üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Xalid Qurbanov yenidən Gəncə Şəhər  Ağsaqqallar Şurasının sədri seçilib.

İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Tədbirdə Niyazi Bayramov  Şəhər Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Niyazi Bayramov xatırladıb ki, şəhər rəhbəri  təyin olunduqdan sonra ilk olaraq ağsaqqallarla görüşüb, onların xeyir-duasını alıb.  Gəncənin ağsaqqalları həm Vətən müharibəsində, həm də pandemiya dövründə  şəhər əhalisinə mənəvi dəstək olublar.

Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O,  gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.

Şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov göstərilən etimada görə minnətdarlığını ifadə edib. Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Şəhərin Ağsaqqalları adından ölkə rəhbəri İlham Əliyevə müraciət oxunub və yekdilliklə qəbul olunub.

Sonda Xalid Qurbanova və Şuranın idarə heyətinin üzvü Mobil İmanova  “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

 

Keçidlər