Gəncədə vətəndaşların növbəti səyyar qəbulu keçirilib
Atatürk prospektində yerləşən binanın həyətində keçirilən səyyar qəbulda müxtəlif sahələri əhatə edən şikayət, problem və təkliflər səsləndirilib. Bir sıra problemlər yerindəcə öz həllini tapıb.Şəhər sakinlərini narahat edən digər məsələlərlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müvafiq idarələrə müəyyən göstəriş və tapşırıqlar verib.İcra başçısına ünvanlanan müraciətlər içərisində daha çox işlə və torpaq sahəsi ilə təminat yer alıb.Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşları tək-tək dinləyərək problemlərin araşdırılması məqsədilə tapşırıq və tövsiyyələrini verib. Görüşdə iştirak edən Qarabağ müharibəsinin əlilləri, həmçinin, şəhid ailələri və digər sakinlər Elmar Vəliyevə öz minnətdarlıqlarını bildiriblər.