Gəncədə “COVİD-19”-a qarşı peyvəndləmə prossesi davam edir
“Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 40 yaş və daha yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyası aparılır.
Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə dövlət hesabına həyata keçirilir. Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb. Bu da Gəncə şəhər əhalisi tərəfindən müsbət qarşılanıb. Belə ki, sakinlər əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini qeyd edib, “COVİD-19”a qarşı ölkədə aparılan mübarizə tədbirlərinə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda əhalinin vaksinasiyasına başlanlılıb. Mərhələli şəkildə keçirilən peyvəndləmə prossesi zamanı xoşgələməz hal qeydə alınmayıb. Həkimlər də vətəndaşları peyvənd olunmağa, öz və yaxınlarının sağlamlığının qeydinə qalmağa çağırırlar.