Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub
07 aprel 2021 | 16:00
Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamı ilə Cavadov Cavad Fuad oğlu şöbə müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cavad Cavadov bundan öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhtçi kimi çalışıb.