Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Gəncədə səfərdədir

10 yanvar 2014 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışmış, Gəncənin potensial imkanları, onun görkəmli şəxsiyyətləri, eləcə də tarixi və tarixi abidələri haqqında ətraflı məlumat vermişdir.

Sonra Derek Hoqan səmimi və mehribanlıqla qarşılandığı üçün icra başçısına minnətdarlıq etmişdir. Səfirlikdə işlədiyi 6 ay ərzində Azərbaycanın bölgələrinə etdiyi səfərlərin tanışlıq məqsədi daşıdığını bildirmiş, respublikanın digər regionları kimi Gəncənin də gündən-günə abadlaşması və gözəlləşməsindən məmnun qaldığını qeyd etmişdir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin Atatürk prospektindəki çoxmərtəbəli binaların sakinləri ilə keçirdiyi səyyar görüşdə iştirak edən Derek Hoqan belə tədbirlərin insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Görüşdən sonra KİV nümayəndələrinin suallarını cavablandıran müvəqqəti işlər vəkili Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə çox faydalı və məhsuldar bir görüşün baş tutduğunu bildirib. Qonaq qeyd edib ki, onlar iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün bir çox sahələr üzrə əməkdaşlıqda maraqlıdırlar. Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT və iqtisadi sahələrdən olan insanlarla görüşlər də iki günlük səfər proqramına daxildir.
Sonda Elmar Vəliyev qonaqlara xairə hədiyyələri təqdim edib.
Sabah yanvarın 10-da səfirlik nümayəndəsi Mərkəzi kitabxanada ABŞ guşəsində olacaq, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbələrlə görüş keçirəcəkdir.

Keçidlər