Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Uşaq Evində Ramazan bayramı qeyd olunub

14 may 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Türkiyənin Gəncədəki Baş Konsulluğunun rəsmilərinin iştirakı ilə Gəncə Uşaq Evində Ramazan bayramı qeyd olunub. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və xanımı Ramazan bayramını uşaq evinin sakinləri ilə birlikdə qeyd ediblər.

Tədbirdən əvvəl Azərbaycanın dövlət müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev Gəncə Uşaq Evinin sakinlərini Ramazan bayramı münasibətilə təbrik edib. O, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun təşəbbüsünü dəstəkləyərək, bu gözəl və özəl günü onlarla birlikdə qeyd etdiyinə görə Zeki Öztürkə təşəkkürünü bildirib.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk qeyd edib ki, 11 ayın sultanı olan Ramazan həm də dostluq ayıdır. Bu mübarək gündə Gəncə Uşaq Evində olmaqdan məmmunluq duyduğunu bildirərək, Türkiyə və Azərbaycan xalqına əmin-amanlıq arzulayıb.

Gəncə Uşaq Evinin sakinləri qonaqlar qarşısında çıxış ediblər. Məlum olduğu kimi, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamına ilə “Nizami ili” elan olunub. Balacalar dahi şairin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında kiçik tamaşalar təqdim edib, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndiriblər.

Gəncə Şəhər İcra Hakimiyyəti və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə uşaq evinin sakinləri üçün bayram süfrəsi də açılıb, onlara hədiyyələr paylanılıb.

Qeyd edək ki, Gəncə Uşaq Evində hazırda 3 - 18 yaş aralığında olan 65 sakin yaşayır.

 

 

 

Keçidlər