Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov yanğın zamanı xəsarət alanları ziyarət edib

12 iyun 2021 | 16:00

 

Bu gün səhər saatlarında Gəncə şəhərindəki yaşayış binalarının birində partlayış olub. Partlayış nəticəsində baş verən yanğın qonşu mənzilə də keçib. Nəticədə 3 nəfər xəsarət alıb. Heydər Əliyev prospekti, mənzil 56A, ev 11 ünvanında yaşayan 40 yaşılı Cabbarov Mirmehdi Mirağa oğlu, qonşu mənzildə yaşayan 59 yaşlı Rzayev Ruzigar Salman oğlu və 55 yaşlı Rzayeva İradə Oktay qızı xəstəxanaya yerləşdiriliblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisədən dərhal sonra Təcili Tibbi Yardım və A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanalarına gedərək,  yanğın zamanı xəsarət alanlara baş çəkib. Yaralıların vəziyyəti ilə maraqlanan icra başçısı onların ailə üzvləri ilə də görüşüb, onları qayğılandıran məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Reanimasiyaya yerləşdirilən M.Cabbarovun vəziyyəti ağır, R.Rzayev və İ.Rzayevanın vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, yanğının baş verdiyi 4 mərtəbəli yaşayış binası 36 mənzillidir. Yağın binanın 4-cü mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə partlayışa səbəb qaz sızması olub.

Keçidlər