Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə yeni növ koronavirus infeksiyasına qarşı növbəti dəfə dezinfeksiya işləri aparılıb

10 avqust 2021 | 16:00

Son günlər COVİD-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib. Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.

Dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb və tərtib edilmiş qrafikə uyğun olaraq davam etdiriləcək.

Keçidlər