Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə zərər görmüş evlərdə aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı müzakirə olunub

14 avqust 2021 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı müzakirə edilib.

Müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, aparatın məsul işçiləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, podrat işlərinin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov, podratçı şirkətlərin rəhbərləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvləri Müzadil Həsənov və Zəfər Məmmədov iştirak ediblər.

İclas zamanı mövcud vəziyyət, işlərin gedişatı, ortaya çıxan problemlər, zərərçəkmiş sakinləri narahat edən digər məsələlər müzakirə edilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb. Şəhərin A.İmanquliyeva, S.Xasıyev, Ə.Rəfibəyli, Ə.Əliyev  və digər küçələrində minlərlə fərdi yaşayış evi, habelə mənzilə isə ciddi zərər dəyib. Cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin tapşırığına əsasən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində bərpa və təmir-tikinti işləri davam etdirilir.

Keçidlər