Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Vətən Müharibəsi Qəhrəmanı Gəncədə böyük coşqu ilə qarşılanıb

26 avqust 2021 | 16:00

Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı Qasımov Anar Misir oğlu öz doğma şəhərinə gəlib. Azərbaycan Respublikasının hərbi qulluqçusu Gəncənin Şəhidlər Xiyabanında böyük coşqu və hörmətlə qarşılanıb. Burada onu Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, "Cavad Xan" Tarix-Mədəniyyət Fondunun üzvləri və şəhərin aktiv gəncləri qarşılayıblar.

Görüşdə 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında düşmənə qan udduran Azərbaycan əsgərinin şücaətindən danışılıb, polkovnik-leytenant Anar Qasımovun timsalında xalqımıza zəfər sevincini yaşadan Rəşadətli Azərbaycan Ordusunun zabit və əsgərlərinə təşəkkür edilib. Polkovnik-leytenant Anar Qasımova Quran kitabi ve gəncəlilər üçün mərdlik simvolu sayılan Cavad xanın dəbilqəsi hədiyyə olunub. Daha sonra Anar Qasımov Şəhidlər Xiyabanında dəfn olunan I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Qasimov Murov zirvəsinin, Hadrut qəsəbəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti liham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə olümündən sonra bu ada layiq görülüb.

Keçidlər