Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində onlayn vətəndaş qəbulu keçirilib

10 sentyabr 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə  onlayn qaydada vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər iş yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin dam örtüyünün təmiri,  işlə təmin olunma,  müavinətlərin təyinatı ,  maddi köməklik,  eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər