Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərin müraciətləri dinlənilib

12 sentyabr 2021 | 16:00

 

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində  zərərçəkən sakinlərlə növbəti dəfə görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri podratçı şirkətlərin rəhbərləri ilə birlikdə sakinlərin şikayət və təkliflərini dinləyiblər.

Fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən tək-tək dinləniliblər. Onlayn qaydada baş tutan görüşdə sakinləri narahat edən məsələlərə aydınlıq gətirilib və onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli, 25s nömrəli Sərəncamı ilə 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaların, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edildiyini və zərərçəkən sakinlərin müraciətlərində yer alan məsələlərin birbaşa sözügedən komitəyə aid olduğunu nəzərə alan Gəncə Şəhər İcra Hakimiyyəti bu cür görüşlərin mütəmadi şəkildə təşkil edilməsi üçün öz təşəbbüslərini davam etdirəcək.

Keçidlər