Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə şəhid ailələri növbəti dəfə ziyarət olunub

17 sentyabr 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, şəhərdə Vətən müharibəsi zamanı şəhid olan,  eyni zamanda Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri növbəti dəfə ziyarət olunur.  

Görüş Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşlarının, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami Bələdiyyələrinin sədrlərinin, şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilir.

Ziyarət zamanı şəhid ailələrinin sosial problemləri öyrənilir, onların müraciət və qayğıları dinlənilir,  problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.

Şəhid ailələri isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildirirlər.

Keçidlər