Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə təmir-bərpa və abadlıq işləri geniş vüsət alıb

17 sentyabr 2021 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  Gəncədə aparılan təmir-bərpa və abadlıq işləri davam etdirilir. Mütəmadi xarakter daşıyan bu tədbirlərə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin Təmir-tikinti şöbəsinin canlı qüvvəsi və texnikası cəlb olunur. Hər gün  şəhərin müxtəlif ərazilərində təmizlik işləri aparılır, yaşıllıqlar salınır, işıq dirəkləri yenilənir və digər tədbirlər görülür.

Bu günlərdə də MKTİB-nin işıqlandırma şöbəsinin əməkdaşları tərəfindən şəhərin əsas girişindəki  Qala Qapılarının, yolun sağ tərəfində ucaldılan "Xəmsə"nin poemalarının adı verilmiş kitab abidələrin təmir-bərpa işləri sona çatdırılıb. Abidələrin önündə və magistral yolun kənarında yerləşən işiq dirəklərində köhnə lampalar müasir standartlara cavab verən yeni led lampalarla əvəz olunub. Birliyin təmizlik şöbəsinin əməkdaşları isə sözügedən ərazilərdə təmizlik işləri aparıb və yeni mövsümü bitkilərin əkinini həyata keçiriblər.

Eyni zamanda, şəhərin Hava Limanı istiqamətindən  girişində abadlıq işləri davam etdirlir. Belə ki, divarların fasadlarında  rənglənmə işləri görülür, yaşıllıqlar salınır, səki yan daşları və gecə işıqlandırma sistemləri yenilənir.  2021-ci ilin iş həcmləri cədvəlinə uyğun olaraq şəhərin bir sıra küçələrində asfalt örtüyü yenisi ilə əvəz olunur.

Bununla yanaşı, Heydər Əliyev Park Kompleksində  və  Gəncəçay çayının ətrafında da iməcilik təşkil olunub. Parkda mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kolları suvarılıb,  yabanı otlardan təmizlənərək abadlaşdırılıb, çayın məcrası məişət tullantılarından təmizlənib. 

Onu da xatırladaq ki, ötən il Gəncənin yeraltı piyada keçidlərində əsaslı təmir-bərpa işləri həyata keçirilməyinə baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsiz yanaşması səbəbindən yenidən təmir olunması zərurəti yaranıb. Bununla bağlı artıq müvafiq təmir işləri aparılır və davam etdiriləcəkdir. Sakinlərdən isə dövlət əmlakına məsuliyyətlə yanaşmaları və qorumaları xahiş olunur.

Qeyd edək ki, icra olunan bütün tədbirlər şəhər sakinlərinin rahatlığının təmini məqsədilə davamlı olaraq həyata keçiriləcəkdir.

Keçidlər