Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə vaksinasiya prosesinin gedişatı ilə bağlı işçi qrupunun iclası keçirilib

05 noyabr 2021 | 16:00

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.  

Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski olduğundan, artıq üçüncü, yəni buster doza təklif olunur.

Azərbaycanda buster dozanın vurulmasına başlanılıb və Gəncə Şəhər İcra Hakimiyyəti də  bu prosesdə yaxından iştirak edir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sədrliyi ilə işçi qrupunun iclası keçirilib. İclasda vaksinasiya prosesinin gedişatı və qarşıda duran məsələlər müzakirə olunub. Müzakirələr zamanı sakinlər arasında təbliğat işlərinin gücləndirilməsinin vacibliyinə toxunulub.

Qeyd edilib ki, yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa etməklə, yüngül yoluxmaları önləyə, virusun yayılmasını, COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər.

Niyazi Bayramov əhalinin könüllü vaksinasiya prosesinə cəlb olunması istiqamətində maarifləndirmə tədbirlərinin gücləndirilməsi, buster dozanın mahiyyəti barədə sakinlərə daha ətraflı məlumatların təqdim olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə tapşırlar verib.

Keçidlər