Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri ilə tanış olmuşdur

22 yanvar 2014 | 16:00

Dövlət başçısı filarmoniya binasının layihəsini əks etdirən stendə baxdı.

Gəncə Dövlət Filarmoniyası binasının təməli 2012-ci il yanvarın 21-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur. Filarmoniya binasında hazırda tikinti işləri sürətlə davam etdirilir.

Məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaqdır. Binada iaşə xidməti obyektləri, həmçinin yeraltı qaraj və yardımçı otaqlar fəaliyyət göstərəcəkdir.

Binanın fasadında Azərbaycan musiqi korifeylərinin heykəlləri ucaldılacaqdır.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Keçidlər