Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov asudə vaxtını şəhər sakinləri ilə keçirir.

27 dekabr 2021 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov asudə vaxtını şəhər sakinləri ilə keçirir. Həftəsonu şəhər rəhbəri Gəncənin mərkəzi hissəsində gəzintiyə çıxıb. O, şəhər sakinləri ilə səmimi söhbət edərək, onların müraciət və təkliflərini dinləyib. Söhbət zamanı sakinlər Gəncə şəhərinin abadlaşdırılması istiqamətində görülən işlərlə bağlı öz təşəkkürlərini bildirib, bəzi təkliflərlə çıxış ediblər. Dilə gətirilən bir sıra şəxsi problemlər yerindəcə öz həllini tapıb, digərləri müvafiq qaydada araşdırılması üçün qeydiyyata götürülüb. 
Şəhər rəhbəri günün ikinci yarısında Gəncədə fəaliyyət göstərən kinoteatrların birində yerli istehsal olan film izləyib.

Keçidlər