Niyazi Bayramov yeni ilin ilk iş günündə məktəblilərlə birlikdə Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib. Muzeyin direktoru İradə Paşayeva görkəmli yazıçı, şair, dramaturq, tənqidçi, tərcüməçi və ədəbiyyatşünas M.C. Paşayevin həyat və yaradıcılığından bəhs edərək, ətraflı məlumat verib.
Daha sonra muzeyin məktəbli ziyarətçiləri ilə səmimi söhbət edən şəhər başçısı onlara dərslərində müvəffəqiyyətlər və uğurlar arzulayıb. Şagirdlər görkəmli elm xadimi M.C.Paşayev haqqında bildiklərini danışıb, şeirlər səsləndirib, musiqi ifa ediblər.
Bununla yanaşı, Niyazi Bayramov muzeydə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova ilə görüşüb. Görüşdə Niyazi Bayramov qeyd edib ki, Gəncə hər zaman Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər görkəmli yazarları ilə seçilib. Şəhər rəhbəri AYB-in Gəncə Bölməsinin sədrinə və əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəzangül Hüseynova söz adamlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.
Sonda ziyarətçilər xatirə fotosu çəkdiriblər.