Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Cavad xanın xatirəsi yad edilib.

17 yanvar 2022 | 16:00
Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan Respublikasının xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Mərasim zamanı Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsi ziyarət olunub, məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Cavad xanın Azərbaycanın, xüsusilə də Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb.
Qeyd olunub ki, 1786-cı ildən Gəncəni idarə edən Cavad xan, Qriqorian təqvimi ilə 1804-cü ilin yanvarın 14-dən 15-nə keçən gecə şəhadətə yüksəlib. O, general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhramancasına şəhid olub.
Anım mərasimindən sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı «Cavad xan» tarixi dramı əsasında hazırlanan eyni adlı tamaşa nümayiş olunub. 30 illik fasilədən sonra yenidən səhnələşdirilən əsər yaxın günlərdə geniş tamaşaçı kütləsinə təqdim ediləcək.

 

Keçidlər