"Hundai" markalı sərnişin avtobuslarının sayı 48-ə çatdırılıb
18 sentyabr 2012 | 15:00
Bir müddət əvvəl Gəncəyə gətirilən 20 ədəd "Hundai" markalı sərnişin avtobuslarının sayı 48-ə çatdırılıb. Əsaslı şəkildə yenidən qurulan şəhərin içtimai nəqliyyatı yaradılan gözəlliyə xüsusi yaraşıq verib. Tam komfortlu mikroavtobuslar sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, təhlükəsizlik baxımdan da əlverişlidir. "Simruq" ASC-nin xətti ilə gətirilən nəqliyyat vasitələri sakinlərin razılığıa səbəb olub.